Ağ Ev milli təhlükəsizlik şurasının rəsmisi indiyə qədər Təhrirəş Şamın siyasətlərində heç bir dəyişikliyin olmadığını və onları diqqətlə izlədiklərini deyib.
İRNA-nın məlumatına əsasən, Con Kirbi bu gün (10 dekabr) deyib: Təhrirəş Şamın terrorçu qruplaşmalar siyahısından çıxması barədə heç bir gündəmimiz yoxdur.Amma biz onların rəftarlarını diqqətlə izləyirik.
Qeyd edək ki, Təhrirəş Şam qruplaşması ABŞ və BMT-nin terrorçular siyahısına daxil olan bir qruplaşma olsa da Suriyada təkcə bu qruplaşmadan başqa digər terrorçular da mövcuddur.
Təhrirəş Şam 9 ildir BMT-nin terrorçular siyahısına daxil olub. Amma son zamanlar onların digər qruplaşmalara müsbət mesajları Ağ Evin onları terrorçu siyahısından çıxarılması kimi fikirlərə düşməsinə səbəb olub.