ABŞ Palata Nümayəndəsi Ağ Evin fərmanı ilə facebookda olan anti-amerika xəbərlərinin senzuradan keçdiyini ifşa edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Ceym Cordon məxfi sənədlərdən istinadən Meta sosial mediasında anti-amerika postlarının Ağ Evin mənafeyinə uyğun senzuradan keçdiyini elan elan edib.
Nümayəndələr Palatasının Ədliyyə komitəsi senzuranın “FB dosyeləri” şöbəsində baxışdan keçirildiyini, prezident Baydenin qərarına uyğun azad söhbətə müdaxilə edildiyini vurğulayıb.
Cordon həmçinin milyarder Zukerberqin fevral ayında komitə tərəfindən çağırışa əməl etməkdən imtina etdiyini iddia etdiyini, onun Konqresə hörmətsiz yanaşması barədə təyin etdiyi iclasa gəlmədiyini də deyib.
Cordonun sosial medada dediyi sözlərinə görə 2020-ci ildən etibarən Facebook və İnstagram pandemiya dövründə “qanunsuz təzyiq”ə məruz qaldıqdan sonra sosial mediadakı siyasətlərində dəyişiklik edib.
Ekspertlərin fikrincə Facebook kimi sosial mediaların məzmunu Ağ Evin siyasətləri əsasında tənzimlənir və “söz azadlığı” şüarı altında fəaliyyət göstərən platformalar sadəcə istənilən məzmunu dərc edir.