ABŞ milli təhlükəsizlik katibi prezident Co Bayden Hiroşima və Nakazaki bombardmanına görə Yapnoniyadan üzr istəməyəcəyini deyib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Ceyk Sullivan 16 may tarixində sərahətlə elan edib ki, Amerika 1945-ci ildə Hiroşima və nakazaki bombardmanına görə Yaponiyadan üzr istəmək niyyətində deyil.
İtarTassın məlumatına görə Co Bayden G7 iclasında iştirak etmək üçün Yaponiyaya səfərini həyata keçirən təyyarədə təhlükəsizlik katibinin müsahibəsi mediaların diqqətindən yayınmayıb və 1945-ci ildə törədilən bombardmana görə üzr istəməmə məsələsi bəzi etirazlara səbəb olub.
Qeyd edək ki, mayın 30-da Ağ Ev G7 sammitinin sentyabr ayında Rusiya, Cənubi Koreya, Avstraliya və Hindistanın mümkün iştirakı ilə keçiriləcəyini açıqlayıb. Kanada, Fransa və Böyük Britaniya artıq buna qarşı çıxıblar. Cənubi Koreya və Avstraliya isə sammitə qatılmağa hazır olduqlarını təsdiqləyiblər.
Amma Yaponiya bu sammitə ev sahibliyi etməkdə bir o qədər də meylli deyil.