Burkina Fasonun şimal-qərbindəki Nuna şəhəri yaxınlığında ən azı 28 cəsəd tapılıb.
Bu barədə Burkina Fasonun rabitə, mədəniyyət, incəsənət və turizm naziri, Rimtalba hökumətinin rəsmi nümayəndəsi Jan Emmanuel Uedraoqo məlumat verib.
O bildirib ki, faciə dekabrın 31-nə keçən gecə baş verib:
“Hazırda hadisənin baş vermə səbəbləri, o cümlədən təqsirkarların müəyyən edilməsi ilə bağlı araşdırma aparılır”.
Uedraoqo ölkə əhalisini sakitliklərini qoruyub saxlanmağa çağırıb.
Nuna Ali Məhkəməsi ölənlərin əksəriyyətinin kişilər olduğunu və hamısının güllələnərək qətlə yetirildiyini açıqlayıb.