Paytaxtın hava limanı istiqamətində gedən yolunda sürücü diqqətsizliyi qəzaya səbəb olub.
Yüksək sürətlə avtomobillərin önünə keçməyə çalışan minik maşınının sürücüsü idarəetməni itirəcəyinin fərqinə vararaq əyləcdən istifadə edir. Sükanı özündə saxlaya bilməyərək dəmirlərə çırpılıb. Vəziyyətdən yaxa qurtarmağa çalışan sürücü geriyə istiqamətlənsə də, sürətini nizamlaya bilməyərək bu dəfə arxadakı dəmir arakəsmələrə dəyərək əks yola çevrilir. Xoşbəxtlikdən digər sürücülər hadisənin şokundan səhv etmir və ikinci hadisə baş vermir. Video hərəkətdə olan avtomobillərdən birinin həvəskar kamerasına düşüb.
Həmin videonu təqdim edirik.