Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.
Belə ki, Aeroport şosesində sürət həddi və təhlükəli manevr zəncirvari qəzaya səbəb olub.
Belə ki, yolun sol zolağında hərəkət edən “Mercedes-Benz” markalı avtomobil sağ zolağa keçmək istəyərkən dönmə işığından istifadə etməyib. Bu zaman onunla eyni istiqamətdə hərəkətdə olan “Chevrolet” markalı avtomobil də dönmə işığı yandırmadan sağ zolağa çıxmaq istəyib. “Chevrolet” markalı maşının sürücüsünün ara məsafəsini gözləməməsi nəticəsində nəqliyyat vasitəsi “Mercedes-Benz”ə çırpılıb. “Mercedes-Benz” isə öz növbəsində qarşısında hərəkət edən “Honda”ya dəyib.
Qəzadan sonra “Chevrolet” markalı maşının sürücüsü idarəetməni itirib və yolun sağındakı dəmir arakəsmələrə çırpılıb.
Qəza nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur:
Hadisənin görüntülərini təqdim edirik: