ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaxın Şərqə destroyer, qırıcı və bombardmançı təyyarələr də daxil olmaqla əlavə qüvvələrin göndərilməsi barədə göstəriş verib.
İRNA-nın məlumatına əsasən, Pentaqon sözçüsü Patrik Rayder bu gün (2 noyabr) deyib: Yaxın Şərqdə ABŞ vətəndaşlarını qorumaq, İsraili müdafiə etmək, çəkindirmə və diplomatiya yolu ilə gərginliyi azaltmaq üzrə öhdəliklərimizə uyğun olaraq, müdafiə naziri əlavə raket əleyhinə müdafiə sistemləri ilə təchiz olunmuş destroyerlərin, qırıcı və tanker təyyarələrinin eskadrilyasının, həmçinin bir neçə strateji bombardmançı olan ABŞ Hərbi Hava Qüvvələrinə aid B-52 təyyarəsinin yerləşdirilməsi üçün göstəriş verib.