İnformasiya qaynaqları dünən gecə (27 fevral) Amerika və İngiltərənin Yəmənin Əl Hədidə məntəqəsinə yeni hücumlarından xəbər verirlər.
Əl Aləm telekanalının məlumatına əsasən, bu hücum dünən gecə saatlarında Əl Hədidə əyalətinin Əl Ləhyə rayonu Ləbvan adasında həyata keçib.
Xatırladaq ki, bazar ertəsi günü də Amerika və İngiltərə işğalçıları Əl Hədidə əyalətinin Əl Səlif rayonu Rəəs İsa şəhərinə 2 dəfə zərbələr endirmişdi və ümumiyyətlə son br həftə ərzində Əl Hədidə əyaləti İngiltərə və Amerikanın hücumlarından amanda qalmayıb.
Bu hücumlar Yəməni sionist rejm əleyhinə Qırmızı dəniz əməliyyatlarından çəkindirmək məqsədi ilə baş tutur.