Cənubi Çin dənizində Çinə məxsus hərbi təyyarə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarəyə 3 metrdən də az məsafədə yaxınlaşıb. Qarşı tərəf beynəlxalq hava məkanında toqquşmamaq üçün yayınma manevrləri edib.
Bildirilir ki, Çin Hərbi Dəniz Qüvvələrinə məxsus J-11 döyüş təyyarəsi və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RC-135 strateji kəşfiyyat təyyarəsinin iştirak etdiyi insident dekabrın 21-də baş verib.“Biz Hind-Sakit Okean regionundakı bütün ölkələrin beynəlxalq hava məkanından təhlükəsiz və beynəlxalq hüquqa uyğun istifadə etmələrini gözləyirik”, – deyə ABŞ rəsmiləri əlavə edib.
Daha bir mənbədən bildirilib ki, Birləşmiş Ştatlar insidentlə bağlı Çin hökuməti qarşısında məsələ qaldırıb.