Amerika prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ukraynaya qırıcı təyyarələrin verilməsi məsələsinə ikinci dəfə olaraq müxalifətini bəyan edərək vurğulayıb: Vaşinqton kiyevə 2 milyard dollarlıq hərbi paket göndərməyi nəzərdə tutub.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Jack Sullivan bu gün (24 fevral) Rusiya hərbi qüvvələrinin vəziyyətində heç bir dəyişikliyin baş vermədiyini elan edərək deyib: Bizim fikrimizcə hal-hazırda Ukraynanın F-16 qırıcı təyyarəsinə ehtiyacı yoxdur və onlar müdafiəyə tam hazırdırlar. Ona görə də qısa müdət ərzində qırıcı göndərmək imkanı yoxdur. Amma bu zəmində əlaqələr davam edir.
Jack Sullivan həmçinin deyib: Vaşinqton rəsmi Moskvanın Ukrayna ilə müzakirələrinə təzyiq göstərmir. Gələcəyi proqnozlaşdırmaq mümkün deyil və müharibənin necə bitəcəyi də məlum deyil.
