ABŞ-ın siyasi analitiki Ukraynanın indiki şəraitində təslim olmadığı təqdirdə Rusiyanın onu məhv edəcəyinə inandığını deyib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, keçmiş CİA eksperti Lari Conson xəbərdarlıq edərək deyib: Ukrayna bir ölkə kimi həyatına davam etmək istəyirsə, Rusiyanın atəşkəs təklifini qəbul etməzsə, təhlükələrlə üzləşib məhv olmaq məcburiyyətində qalacaq.
Conson müsahibə əsnasında qeyd edib: Rəsmi Kiyev ötən il Rusiyanın nəzarətində olan bölgələrini yenidən alma proqramını irəli sürməyə çalışsa da, məncə buna heç vaxt nail ola bilməyəcək.
Conson həmçinin Qərb ölkələrinin bu məsələdə özlərini aldatmaması, reallığı olduğu kimi qəbul etməsini tövsiyə edərək deyib: Ukrayna müharibəsi başlandığı gündən Amerika və İngiltərə hərbi dəstək və Rusiyaya sanksiyalar tətbiq etməklə bu müharibənin davam etməsində böyük rola malikdirlər. Amma bu müharibənin sonu Moskvanın xeyrinə olacaq.