Qafqaztimes.com İnterfax-a istinadən xəbər verir: ABŞ 2019-cu ildə aviazərbələr nəticəsində onlarla dinc suriyalının ölümünü etiraf edib. Baquza şəhəri ətrafında əksəri uşaqlar və qadınlar olmaqla 80-dan çox insan həlak olub. Bununla belə hərbçilərə bəraət verilir – yazır New York Times.
2019-cu il 18 martda Amerikaya məxsus F-15E təyyarəsi Baquzada kütlənin üzərinə iki ağır (500 funt və 2 min funt) bomba atıb. Mərkəzi hərbi komandanlığın nümayəndəsi Bill Urban bildirib ki, aviazərbələrlə bağlı araşdırma aparılıb. İstənilən halda dinc sakinlərin bombalanması hərbi cinayətdir.
