Qafqaztimes.com Tasnimnews.com-a istinadən xəbər verir: Birləşmiş Ərəb Əmirliyinin xarici işlər naziri Abdulla Bin Zaid Suriyada səfərdə olub. Bu səfər anti-Suriya ABŞ cəbhəsinin məğlubiyyəti kimi dəyərləndirilir. 10 il fasilədən sonra baş tutmuş səfər ərəb ölkələrinin əvvəlki siyasətdən imtina etməsi sayıla bilər. Livanın Əl-Əxbar qəzeti yazır ki, 2011-ci ildə Suriya böhranı başlayandan sonra Əmirlik Suriyanın qanuni hökumətini boykot edən cəbhədə olub. İndi isə Bəşar Əsəd Dubaya rəsmi səfərə dəvət edilir. Artıq güman etmək olar ki, Suriya 2022-ci ilin martında Əlcəzairdə keçiriləcək Ərəb İttifaqının yığıncağına qatılacaq. Əlbəttə ki, əlaqələrin bərpası iqtisadi zəmində real görünür. Nazirin səfərindən öncə Əmirlik vəliəhdi Məhəmməd Bin Zaidlə Bəşar Əsəd arasında telefon danışığı olub.