Ağ Evin təhlükəsizlik müşaviri Tel Əvivli həmkarı ilə telefon danışığında İsrailin “Qəzzə zolağında raket hücumlarına qarşı müdafiə haqqı” olduğunu vurğulayıb.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, bu gün səhər (11 may) Ceyk Sullivan israilli əməkdaşı Tsahi Hanqebi ilə telefon söhbətində son günlərdə Qəzzə zolağında yaşanan gərginliklə əlaqədar ABŞ dövlətinin mövqeyini elan edərək deyib ki, İsrailin raket hücumlarından özünü qorumaq haqqı var.
C.Sullivan eyni zamanda fələstinli müqavimət dəstələri və İslami Cihad Hərəkatı ilə atəşkəs rejiminin bərpasını da vurğulayıb.
Bu telefon söhbəti saxtakar rejimin 3 nəfərin şəhid olması ilə nəticələnən Qəzzə zolağının Xan Yunus məntəqəsinə raket hücumundan 1 saat sonra baş tutub.
Fələstin informasiya qaynaqları Xan Yunus hava hücumunda İslami Müqavimət Hərəkatının bir qolu olan Sərayal Qüds hərbi şura üzvü Mahmud Qalinin şəhid olduğunu təsdiqləyiblər.