QafqazTimes xəbər verir ki, ABŞ Kəşfiyyat və Xarici Əlaqələr Komitəsinin yüksək vəzifəli üzvü Marko Rubio cümə günü Rusiya prezidenti Vladimir Putin və Rusiyanın digər yüksək rütbəli rəsmilərinə qarşı sanksiyaların tətbiqi layihəsini Senata təqdim edib.
Təklifini izah edən yüksək rütbəli respublikaçı senator Rusiyanı Ukraynanı işğal etmək planında ittiham edərək deyib: “Vladimir Putini geri çəkilməyə məcbur etmək üçün nəzərdə tutulan strategiyanın əsas hissəsi bu hücumun nəticələrini onun və onu dəstəkləyənlər üçün sarsıdıcı etməkdir.”
O, belə əlavə edilib: “Prezident Bayden, deyəsən, başa düşmür ki, Birləşmiş Ştatlar zəiflik yox, güc və qətiyyət nümayiş etdirməlidir. Mən Senatdakı həmkarlarımı çox gec olmadan bu qanun layihəsinin qəbul edilməsində mənimlə həmkarlıq etməyə çağırıram.”
ABŞ və digər NATO üzvləri son həftələrdə dəfələrlə Rusiyanın sərhədə on minlərlə hərbçi yerləşdirməklə Ukraynaya qarşı hərbi hücuma hazırlaşdığını iddia ediblər.
Rusiya isə Ukraynanın irəli sürdüyü iddiaları rədd edərək, Ukrayna, ABŞ və NATO-nun regionda sabitliyi pozmağa çalışdığını vurğulayıb.