ABŞ-ın prezident aparatına yaxın bir senatoru yeni prezidentin andiçmə mərasimindən əvvəl Qəzzədə atəşkəs razılaşması üçün cəhdlərindən xəbər verib.
Əl Aləm telekanalının məlumatına əsasən, Lindsi Qraham bu gün yerli vaxtla (30 noyabr) deyib: Donald Tramp yanvarın 20-i andiçmə mərasimindən əvvəl Qəzzədə atəşkəs razılaşması üçün çox cəhdlər göstərir.
Qeyd edək ki, ötən həftə işğal olunmuş Fələstinə səfər edən Lindsi Qraham Benyamin Netanyahu başda olmaqla bir sıra İsrail rəsmiləri ilə görüşüb danışıqlar aparmışdı.
Lindsi Qraham vurğulayıb: Tramp andiçmə mərasimindən öncə həmişəkindən daha çox Qəzzə atəşkəsə can atır və bu işdə çox qərarlıdır.
Axiosa müsahibə verən Qraham qeyd edib: Tramp sionist girovların azadlığı üçün də əlindən gələni əsirgəmir. Əslində yeni prezident elə bu an atəşkəs olmasını istəyir. O, qətllərin qarşısının alınması və müharibənin başa çatmasının tərəfdarıdır.