ABŞ-ın Kapitoli polisi içərisində silahlı şəxsin olması barədə məlumatla əlaqədar Senat binalarında axtarışlar aparıldığını bildirib.
“Bizim əməkdaşlarımız 911-in zənginə cavab olaraq, Senatın inzibati binalarında və ətrafında axtarışlar aparırlar”, – polisin məlumatında deyilir.
Qeyd olunur ki, hazırda mümkün atışmalarla bağlı təsdiqlənmiş məlumat yoxdur.
Bildirilir ki, fövqəladə hallar xidmətləri ABŞ Senatının ofisinin binasını mühasirəyə alıb və əməkdaşlarını təxliyə edib.