Pentaqonun keçmiş nümayəndəsi, ABŞ ordusunun sabiq polkovniki Duqlas Makqreqor “FOX News” televiziyasına Rusiya–Ukrayna müharibəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Rusiya Ukraynada hərbi əməliyyatlar keçirməyə məcbur qalıb. Duqlasın sözlərinə görə, Rusiya ABŞ raketlərinin öz sərhədinə yaxınlaşmasına etiraz edir. ABŞ isə bu etirazlara 15 ildir əhəmiyyət vermir:
“Rusiya Ukraynanın NATO-ya qoşulması üçün əlverişli şəraitin yaranmasına imkan verməyəcək. Ukraynada baş verən hadisələr yaxın günlərdə başa çatacaq. Ruslar Ukrayna ordusunu mühasirəyə alıb. Təslim olmasalar məhv ediləcəklər. Bu səbəb görə, prezident Vladimir Zelenski danışıqlara getmək məcburiyyətində qaldı. Putin Ukraynada tərəfsiz ölkənin formalaşmasını istəyir. Putin öz sərhədləri yaxınlığında ABŞ qoşunlarının və raketlərinin olmasını istəmir. Necə ki, biz Kubada rus qoşunlarının varlığını qəbul etmədik. Qərbin Rusiyaya sanskiya tətbiq etmək üçün heç bir əsası yoxdur. Rusiyanın əsaslı tələbləri yerinə yetirilmədiyi üçün Moska lazım olana həmləni edir”. Duqlasın sözlərinə görə, Rusiya Ukraynanın şərqində üstünlüyü tamamilə ələ keçirib. “Ukrayna ordusu mühasirəyə alınaraq məhv edilib. Cənub-şərq bölgələrində isə 30-40 min qüvvə cəmləşib. Onlar təslim olmasalar və ya Ukrayna danışığa getməsəydi məhv ediləcəkdilər” – deyə Duqlas Makqreqor bildirib.