ABŞ ordusuna məxsus hərbi təyyarə uçuş-enmə zolağından çıxaraq Sakit okeanda batıb.
Bu barədə “Associated Press“ xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, Havay adalarında, ABŞ Dəniz Piyadaları Korpusunun hərbi bazasında “Boeing P8 Poseidon” təyyarəsi uçuş-enmə zolağından çıxaraq Sakit okeana düşüb.
Hadisə zamanı təyyarədə 9 nəfər olub və onların yüngül xəsarət aldığı bildirilib.