İraq XİN-i bəyanat yayaraq Amerikanın bu ölkə torpaqlarındakı koalisiya qüvvələrinin tezliklə çıxacağını elan edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İraq XİN-i bu gün (15 avqust) bəyanat yayaraq, ABŞ koalisiya qüvələrinin ölkə torpaqlarındakı qüvvələrinin çıxma prosesinin Yaxın Şərqdə gərgin vəziyyətlə əlaqədar təxirə düşdüyünü, lakin tezliklə İraqı tərk edəcəklərini deyib.
Bəyanatda deyilir: Diplomatik nümayəndələrdən başqa Amerikanın rəhbərliyi ilə İraqda olan heç bir koalisiya qüvvəsi bu ölkədə qalmayacaq. Bu, Amerika və İraq hakimiyyətinin ali hərbi komitəsinin qərarıdır.