Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü İsrail və Həmas girovların azadlığa buraxılması və atəşkəslə bağlı çərçivə üzərində razılaşdığından xəbər verib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Con Kirbi Əl Cəzirə telekanalına verdiyi müsahibədə deyib: Tərəflər hazırda bu çərçivənin necə tətbiq ediləcəyinin detallarını müzakirə edirlər. Əsas addım hər iki tərəfin razılaşmanın ikinci mərhələsində Qəzzada Fələstin Muxtariyyətinin dəstəklədiyi qüvvə tərəfindən müvəqqəti hökumətin qurulmasının qəbul edilməsinə razılaşmaqdır.
Con Kirbinin sözlərinə görə, razılaşmaya əsasən, Həmas girov götürdüyü kişi hərbçiləri sərbəst buraxacaq, hər iki tərəf İsrail qüvvələrinin Qəzzadan çəkilməsi ilə toqquşmalara daimi son verməyə razılaşacaq.