ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti İranın iki şirkəti və bu ölkədən olan dörd şəxsə qarşı sanksiyalar tətbiq etdiyi barədə bəyanat yayıb.
İranın İqtisad portalının məlumatına əsasən, bəyanatda deyilir: İslam İnqilabı Keşikçiləri Korpusunun kiber komandanlığının rəhbəri də daxil olmaqla iki şirkət və dörd fiziki şəxsə qarşı məhdudiyyətlər tətbiq edilib. ABŞ Maliyyə Nazirliyi, onların Amerikanın 10-dan çox şirkətinə və dövlət qurumuna zərər vuran zərərli kiberaktivlikdə iştirakını iddia edir.
Məlumatda deyilir: ABŞ Dövlət Departamenti bildirib ki, iddia edilən kiberhücumların məqsədləri üçüncü ölkələrdəki şirkətlər də olub.
Maliyyə Nazirliyi hücumların Sepah maraqları naminə həyata keçirildiyini iddia edir. ABŞ-nin maliyyə nazirinin müavini Brayan Nelsonun sözlərinə görə, sanksiyalara məruz qalan fiziki və hüquqi şəxslər Amerikada zəruri infrastrukturun sabitliyini pozmaq üçün koordinasiyalı, uzunmüddətli kampaniya keçiriblər.
Sanksiya siyahısına daxil edilməsi ABŞ-dəki aktivlərin dondurulması, Amerika vətəndaşlarına və şirkətlərinə sanksiyalara məruz qalanlarla iş aparmağı qadağan etmək deməkdir.