ABŞ dövlət departamentinin sözçüsü Dəməşq konsulluğundakı hadisədən sonra Vaşinqtonun İrandan ölkəsinin hərbi düşərgə və bazalarına hücum etməməsini istədiyini bildirib.
Əl Aləm telekanalının məlumatına əsasən, Metyu Miller dünən (3 aprel) jurnalistlərə verdiyi cavabda deyib: İranın necə cavab verməsi barədə söhbət etmək istəmirəm. Sadəzcə onu deyə bilərəm ki, biz iranlılara bu hadisədə rolumuzun olmadığını açıq-aşkar demişik və onlardan bu hadisəni bəhanə gətirərək bizim düşərgələrimizə hücum etməmələrini istəmişik.
M.Miller həmçinin Amerikanın mənafeyi uğrunda İranla birbaşa və vasitəçilərlə mesaj göndərmək imkanlarının olduğunu qeyd edərək deyib: Biz Dəməşq hadisəsi barədə araşdırmalara başlamışıq. Amma 7 oktyabr Qəzzə müharibəsindən sonra bütün səfirliklərin təhlükə altında olduğunu elan etmişdik.