Amerikanın 3 keçmiş prezidentinin baş müşaviri İranın kifayət qədər ABŞ-dan qorxmadığını deyib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Denis Rass İsrail mediası ilə müsahibəsində Amerikanın İranla əlaqədar yeni siyasətlərini tənqid edərək deyib: Onlar (İran) təhlükəli yolda olduqlarını anlamalıdırlar. Xüsusilə də irəliləməkdə olduqları nüvə proqramının necə təhlükə yaratdığını bilməlidirlər. Biz onlar içində olduqları təhlükəni dəyərləndirdikləri kimi dəyərləndirmədiyimizi anlasınlar.
ABŞ-ın bu rəsmisi həmçinin deyib: Onların 60%-lik zəninləşdirdikləri nüvə və 16 modern santrafyuqa sistemi, ən təhlükəli yolda olduqlarından xəbər verir. Hətta özləri bilmədən də bu yola düşüblərsə, hətta nüvə silahı istehsal etmək fikrində olmasalar da,bu yolda hərəkət etdiklərini bilməlidirlər.
Qeyd edək ki, ötən il ABŞ-ın başçılığı ilə Qərb ölkələri İranı nüvə proqramının hərbi xarakterli fəaliyyətdə ittihamlandırmışdı. İran isə bu iddiaları kəskinliklə inkar etmiş, nüvə fəaliyyətinin tamamilə sülhsevər olduğunu elan etmişdi.