ABŞ-ın Texas ştatında güclü yağışların səbəb olduğu sel nəticəsində indiyə qədər ən azı 80 nəfər həlak olub.
Qafqaz Times -ın məlumatına görə, Texas ştatında güclü yağışların yaratdığı daşqın nəticəsində azı 80 nəfər həyatını itirib.
ABC kanalının məlumatına görə, amerikalı rəsmilər indiyə qədər ən çox itkinin Kerr dairəsinda baş verdiyini bildiriblər. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi bazar günü açıqlayıb ki, Prezident Tramp Federal Fövqəladə Halların İdarə Olunması Agentliyini (FEMA) Kerr dairəsinə yerləşdirib.
Rəsmilərin bildirdiyinə görə, axtarış-xilasetmə əməliyyatları davam edir.
CNN-in məlumatına görə, bölgədə yarım milyondan çox insan sel təhlükəsi ilə üz-üzədir.
