ABŞ-ın İndiana ştatının Riçmond şəhərində plastik emalı zavodunda güclü yanğın baş verib.
Evləri hadisə yerindən bir kilometr məsafədə yerləşən iki minə yaxın yerli sakinin təxliyə edilməsi barədə tapşırıq verilib.
Yanğınsöndürənlər zavodun ərazisində yerləşən propan çənlərinin partlama riskinin olduğunu qeyd edirlər. Ölən və yaralananlar barədə məlumat yoxdur.