Sosial şəbəkədə canlı yayım açan amerikalı qadın ərini qətlə yetirib.
Məlumata görə, 28 yaşlı Mişel Braun dostları və qohumları ilə əlaqə qurmaq məqsədi ilə canlı yayım açıb.
Lakin qısa müddət sonra internet üzərindən canlı yayımda olan şəxslər Mişel Braunun əri ilə mübahisə etdiyini və bundan sonra atışma səsləri eşidiblər.
Ardınca mənzildən qışqırıq səsləri eşidilib. Şahidlər bildiriblər ki, bütün bu hadisələr baş verərkən kamera tavan istiqamətinə qaldırılmış istiqamətdə olub, onlar yalnız mənzildə baş verənlərin səslərini eşidiblər.
Hadisə ilə bağlı ABŞ-nin hüquq-mühafizə orqanları açıqlama yayıb.
Bildirilib ki, Mişel Braun canlı yayımda olarkən əvvəl əri ilə sözlə mübahisə edib, sonra isə onlar arasında əlbəyaxa dava başlayıb. Kişi evdən çıxmaq istəyəndə Mişel Braun ona atəş açıb. Zərərçəkmiş güllə yarasından sonra yerindəcə keçinib.
Ərini qətlə yetirən qadın həbs edilib.