ABŞ-də bankı kərpiclə qarət edən şəxs axtarışa verilib.
Belə ki, Vaşinqtonda bankların birində şübhəli şəxs kassirdən 50 000 dollar nağd pul tələb edib. O, bank işçisini qorxutmaq üçün stolun üstünə kərpic qoyub. Bildirilir ki, sonda amerikalı cəmi 500 dollarla bankı tərk edib.
Üzünün bir hissəsini maska ilə örtən həmin şəxs müşahidə kameralarına düşməsinə baxmayaraq, polis hələ də onu yaxalaya, kimliyini və yerini öyrənə bilməyib.
Məmurlar hadisə yerindən görüntüləri sosial şəbəkələrdə yerləşdirib və insanlardan istintaqa hər cür köməklik göstərmələrini xahiş edirlər. Bank nümayəndələri hadisə ilə bağlı açıqlama verməyiblər.