ABŞ-ın Nebraska ştatında perxlor turşusu (HClO4) daşıyan qatar vaqonu partlayıb.
Məlumata görə, partlayış “Union Pacific Railroad Bailey Yards” dəmir yolu stansiyasında baş verib.
Yanğın səbəbindən yayılan güclü zəhərli tüstüyə görə ərazidəki insanlar təcili olaraq təxliyə olunurlar.
Qeyd edək ki, vaqonda olan perxlor turşusu partlayıcı maddələrin, müxtəlif qidaların və dərmanların hazırlanmasında istifadə edilir.
Partlayışın səbəbi hələlik məlum deyil, heç kim xəsarət almayıb və heç bir vaqon relsdən çıxmayıb.