ABŞ-ın Texas ştatında sürətlə yayılan meşə yanğınları ilə əlaqədar nüvə silahlarının yığılması ilə məşğul olan “Pantex” zavodu fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Məlumat “Pantex” zavodunun “X” hesabında dərc edilib.
Hazırda şirkətin işçilərinin təxliyəsi davam etdirilir.
Qeyd edək ki, “Pantex” müəssisəsi döyüş başlıqlarının istehsalı ilə yanaşı, xidmətdən çıxarılan silahların utilizasiyası ilə də məşğuldur.