ABŞ-ın Pensilvaniya ştatında ibadət zamanı kilsəyə hücum olub.
Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.
Kadrlarda kilsəyə girən bir kişinin keşişi vurmağa cəhd etdiyi görünür, lakin xoşbəxtlikdən silah açılmır. Kilsədə olanların müdaxiləsi sayəsində onun cinayətinin qarşısını almaq mümkün olub.
Hazırda hücum edən şəxs saxlanılıb. Onun 26 yaşlı Bernard Polite olduğu öyrənilib.
Polis nümayəndəsinin verdiyi məlumata görə, hüquq-mühafizə orqanları Bernardın evində onun qohumunun meyitini tapıblar. Lakin ikinci insidentlə bağlı hələlik heç bir ittiham irəli sürülməyib.
İstintaq davam edir.