QafqazTimes.com dailymail.co.uk-a istinadən xəbər verir: Amerikada ət oğurluğu artdığı üçün mağazalarda ət dəmir torlar və elektron qıfıllarla qorunur. Walmart ticarət şəbəkəsindən mediada yayımlanan fotolar və videolarda qəfəsə salınmış, elektron qıfıl taxılmış ətlər nümayiş etdirilir. Maykel Fruhuldun bu mövzuda sosial şəbəkədə yaydığı filmin bir neçə gün ərzində 4 mln izləyicisi olub. Hadisə güclü ictimai qınaqla qarşılanıb. Amma ünvan təkcə satış şəbəkələri olmayıb. Bir bağlama ətin qiymətini 20 dollara çatdıran hakimiyyət əsas tənqid hədəfidir. ABŞ-da ərzaq problemi hər gün ötən gündəkindən ciddi olur. Ərzaq mağazalarından oğurluq halları təkcə cinayətkarlığın artması kimi dəyərləndirilməməlidir. Bu həm də ağır iqtisadi durumla bağlıdır.
ABŞ-da ət oğurluğu artır!
Əvvəlki yazı
