QafqazTimes.com AiF-ə istinadən xəbər verir: Amerikanın Əfqanıstanı tələsik Talibana təhvil verib qaçması bu gün də suallar doğurur. Necə oldu 75 min paslı silahlı talib 300 minlik tank və təyyarələrə malik Əfqanıstan ordusuna qalib gəldi?
Əfqanıstan ordusunun zabiti Məhəmməd Qadir deyir: Mənim min nəfərlik hissəm Şerxan-Bəndəri qoruyurdu. Parlamentdən gəldilər, komandirə məktub verdilər. Bir saat sonra komandir bizi toplayıb dedi ki, müqavimət göstəmək faydasızdır, təslim olun. Taliban Şerxan-Bəndərə daxil olanda bilindi ki, cəmi 250 döyüşçü gəlib. Məncə xəyanət baş verib…
Taliban 6 avqustda ilk böyük şəhəri – Kunduzu tutdu. 15 avqustda onlar artıq Kabildə idi. Heç yerdə şiddətli döyüş nişanələri yoxdur.
Əfqanıstanda ən məşhur şərh budur ki, Taliban Əfqanıstan ordusunun generallarını rüşvətlə alıb. Hər günerala 5-10 mln dollar verildiyi deyilir. Ordu qaçdığı zaman ABŞ azsaylı kontingentlə müqavimət göstərə bilməzdi. Əfqanıstan məsələsi o qədər dolaşıqdır ki, amerikalıların ölkəni könüllü, planlı şəkildə Talibana verməsi versiyası da qüvvədə qalır.