ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti USS Abraham Linkoln təyyarədaşıyan gəmisinin raket esmineslərinin müşayiəti ilə Yaxın Şərq regionuna daxil olmasından xəbər verib.
İRNA-nın bügunkü (22 avqust) məlumatına əsasən, Amerikanın “Abraham Lincoln” təyyarədaşıyan gəmisi F-35C və F/A-18 Blok III qırıcıları ilə Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Afrika regionlarına cavabdeh olan ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına əlavə edilib.
CBS News-un məlumatına görə, avqustun əvvəlində ABŞ müdafiə naziri Llyod Oustin Linkoln təyyarədaşıyanının Hind və Sakit Okean vasitəsilə Yaxın Şərq məqsədinə doğru səfər etməsi fərmanı verib. Çünki Co Bayden dövləti İsrail rejimini müdafiə etmək üçün hazır olmalıdır.
Bundan əvvəl də “Teodor Ruzvelt” təyyarədaşıyan gəmisi Yaxın Şərqə göndərilmişdi.