Abort hər ayda qətl sayılır! Təəssüf ki, həm dindar, həm də mömin olan və “abort” adlı böyük günah keçmişi olan nümunələr var. “Üç aylıq abortun eybi yoxdur” deyənlər var. Halbuki İslam dininə görə bu qətl sayılır və qanbahası qatilin boynundadır.Ginekoloqun abortla bağlı ağrılı və açıq sözləri: dölün görünməməsi, dölün ölməsi demək deyil. Döl üç aydan əvvəl və ya sonra canlıdır və biz canlını abortla qətlə yetiririk. Fərz edin, pulemyotunuz var divarın arxasında görmədiyiniz bir müdafiəsiz insanı vurursunuz.