Dövlət İmtahan Mərkəzi iyul və avqust aylarında keçiriləcək imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib. Belə ki, qurum tərəfindən imtahanlarla bağlı yeni qərar verilib. Dövlət İmtahan Mərkəzi dəyişikliklə bağlı abituriyentlərə xəbərdarlıq edib.
Qəbul imtahanları ilə bağlı dəyişiklik edilib.
Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, iyul və avqustda keçirilən imtahanların vaxtı dəyişdirilib.İmtahan vaxtı 1 saat əvvələ çəkilib. Bu qərar mövcud olan isti hava şəraiti ilə əlaqədar verilib. İmtahanlara buraxılış rejimi saat 09:45-də başa çatacaq və bundan sonra gələn abituriyentlər imtahan binasına buraxılmayacaq.
Xanlar Xanlarzadə dəyişikliyinin qabiliyyət imtahanlarında iştirak edən abituriyentlərə şamil edilib edilməməsinə də aydınlıq gətirib.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 6-da 3-cü ixtisas qrupu iyulun 7-də isə 2-cə ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək.