Bakıda qayda pozan sürücülərin görüntüsünü həmin yoldakı digər bir sürücü qeydə alıb.
Hadisə martın 16-da paytaxtın Mikayıl Əliyev küçəsində qeydə alınıb. Qayda pozan avtomobillərin sırasında Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin xidməti avtomobili də olub.
Belə ki, icra başçısına məxsus 01-AA-001 “BMW”, həmçinin onun ardınca bir neçə avtomobilin sürücüləri sıxlıq zamanı qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. Sürücülər axına qarşı hərəkət edərək qaydaları kobud şəkildə pozublar.