QafqazTimes xəbər verir ki, Əl-İtticah telekanalı bildirib: Türkiyə İraqı hər gün onlarla raketlə bombaladığı və ərazisinin bir hissəsini işğal etdiyi bir vaxtda Mossadın Ərbildəki qərargahına raket hücumlarını pisləyən bəyanatla çıxış edib.
İraq və kürd dilli media dünən Türkiyənin bu bəyanatı ilə yanaşı məlumat verib ki, Ankara İraqın şimalında yerləşən Dohuk əyalətindəki “Kani Masi” ərazilərini bombalayıb.
Hələlik itkilər barədə məlumat verilmir.
Əsaib Əhli-Həqq hərəkatının sözçüsü Tvitter hesabında bu raket hücumuna maraqlı reaksiya verib.
Məhəmməd Əl-Rəbii yazıb: “Hər kəsin harada olursa olsun Mossad bazalarına raket hücumu ilə bağlı problemi varsa, başını əlçatan ən yaxın divara vurması məsləhətdir.”
İraqın Əl-Nəbə xəbər saytı isə bildirib ki, Türkiyə Ərbildəki Mossad bazasının bombalanmasını pislədiyi halda türk təyyarələri Dohuk vilayətində kəndləri bombalayıb.