QafqazTimes xəbər verir ki, Ümumdünya Ərzaq Proqramı Əfqanistanın 34 əyalətindən 28-də kəskin qida çatışmazlığının olduğunu və 3,5 milyondan çox uşağın qida dəstəyinə ehtiyacı olduğunu bildirib.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) daha əvvəl bildirmişdi ki, Əfqanıstanda baş verən humanitar böhran və ölkədə yoxsulluğun yayılması səbəbindən uşaqlarda ağır qida çatışmazlığı halları hər gün artır.
UNICEF xəbərdarlıq etmişdi ki, bu il Əfqanıstanda 5 yaşına qədər 3 milyondan çox uşaq ciddi şəkildə qida çatışmazlığından əziyyət çəkəcək.
Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) Əfqanıstana yardımın artmayacağı təqdirdə bir milyondan çox uşağın ölə biləcəyini bildirmişdi.
Bundan əlavə Əfqanıstandakı iqtisadi böhranın ardınca bir çox beynəlxalq təşkilatlar da xəbərdarlıq ediblər ki, kontrol olunmayacağı təqdirdə Əfqanıstanda bir milyon uşaq ciddi qida çatışmazlığından ölə bilər.