Rusiyalı milyarder iş adamı və “Çelsi” klubunun sahibi Roman Abramoviç martın 14-də İsrailin paytaxtı Təl-Əvivin “Ben Qurion” hava limanının VIP salonunda kameraların obyektivinə tuş gəlib.
Mənbənin məlumatına görə, milyarderə məxsus təyyarə Təl-Əvivdən İstanbula uçub.
Qeyd edək ki, martın 2-də R. Abramoviç “Çelsi”ni satacağını açıqlayıb.
Daha sonra Böyük Britaniya hökuməti iş adamına qarşı sanksiyalar tətbiq edib. Bu səbəbdən R. Abramoviçin Britaniya ərazisindəki bütün aktivləri dondurulur ki, bu da “Çelsi”nin satılması prosesini çətinləşdirib.