QafqazTimes xəbər verir ki, İraqın İslahat və Birlik Hərəkatının rəhbəri İraqın Ərbil əyalətində İsrailin casus bazalarına raket hücumunu alqışlayıb.
Bununla bağlı Şeyx Mahir Əbdülrəzzaq deyib: “İran İnqilab Keşikçiləri Korpusunun gördüyü bu iş bizim, bütün müsəlmanların və ərəblərin qəlbini sevindirdi. Bu, bütün ərəb və İslam dünyası üçün qürurverici bir zərbədir. Biz İslam İnqilabı Keşikçiləri Korpusunun gücünə və şücaətinə əhsən deyirik və onu ümmətin və xüsusilə Fələstinin ilk müdafiəçisi hesab edirik.”
O, İraq hökumətini, bu ölkənin və Ərbilin siyasi qüvvələrini Amerika-sionist düşmənlərini İraqdan çıxarmağa çağırıb.
Əbdülrəzzaq sionist düşmənlə münasibətləri normallaşdıranları oyanmağa və ümmətə qarşı xəyanətə son qoymağa və sionist düşmən müqabilində İran İslam Respublikasından örnək götürməyə çağırıb.
İraqlı din xadimi Şeyx Cavad əl-Xalisi isə deyib: “Separatçı liderlər ayrılma referendumunu elan etdikdən və sionistləri Şimali İraqa gətirdikdən sonra Mossadın İraqda daimi və açıq mövcudluğu gizlədilmədi. Onlar terrorizmi qonşu ölkələrə ixrac edərək İraqın şimalını ümmətə- xüsusilə İrana və İraqa qarşı aparılan fitnələrin mərkəzinə çevirdi. Bəs sionistlər və onların muzdluları ağrılı cavabdan başqa nə gözləyirdilər?!”