Qadın paltarı geyinərək ölkədən qaçmağa çalışan şəxs saxlanılıb.
Müharibəyə görə qadın paltarı geyinərək ölkədən qaçmağa çalışan ukrayna vətəndaşı rüsvay olub.
Saxlanılan şəxsin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Ukraynada müharibə səbəbindən 18-60 yaş arası kişilərin ölkədən çıxmasına icazə verilmir. Buna görə də son günlər ukraynalı kişilər arasında qadın cildində ölkədən qaçmaq halları baş verir.