QafqazTimes xəbər verir ki, Səudiyyə-Amerika qırıcıları Yəmənin dörd müxtəlif vilayətində yaşayış məntəqələrinə 25 raket zərbəsi endirib.
Səudiyyə təcavüzkar koalisiyasının qırıcıları son bir neçə saat ərzində Yəmənin əyalətlərinə bir neçə raket zərbəsi endirib.
Məlumata görə, Səudiyyə qırıcıları Həccə əyalətinə 9 raket ataraq, Harz və Hiran şəhərlərindəki əraziləri hədəfə alıblar.
Həmçinin Marib vilayətində iki şəhər- Əl-Cubə və Əl-Vadi şəhərləri 4 raketlə hədəfə alınıb.
Əl-Hudeydə əyalətindən verilən məlumatlara görə Səudiyyə-ABŞ Hərbi Hava Qüvvələri Əl-Təhitədəki əl-Heymə məntəqəsinə isə dörd raket atıb.
Səudiyyə təcavüzkar koalisiyası bundan əlavə Nəcranda Əl-Əcaşir və Əl-Bəqa məntəqələrinə isə 8 raket zərbəsi endirib.