Vaxtı ilə Lotu Qulinin “sağ əli” kimi tanınan “Dikiy Arman” ləqəbli Arman Cumageldiyevin xanmı Aykol Alijanova Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə müraciət edib.
Xanım Alijanova prezidentdən həyat yoldaşını həbsdən azad etməsini xahiş edib:
“O, heç vaxt siyasətlə məşğul olmayıb. Yanvar hadisələri zamanı isə əksinə, insanları sakitləşməyə çağırırdı. Xahiş edirəm, onun ailəsinə qaytarın”.
Bu arada “Dikiy Arman” həbsxanadan sosial şəbəkələrdə maraqlı paylaşım edib.O, Qazaxıstan, eləcə də Rusiyanın cənub ərazilərini işarələyərək yazıb:
“Bunlar qazax torpaqlardır. Vaxt gələcək biz öz torpaqlarımıza qayıdacağıq. Qazaxıstan bizimdir”.
Xatırladaq ki, bu ilin yanvar ayında Qazaxıstanda baş verən toqquşmalar zamanı polis kriminal avtoritet Arman Cumaqeldiyevlə (“Arman Diki”) birgə 6 silahdaşını da saxlamışdı. Onlardan 4 tapança, döyüş sursatı, uclu silahlar və hətta bir zirehli maşın ələ keçirilib.
Hazırda “Arman” Almatıdakı təcridxanların birində saxlanılır.