QafqazTimes xəbər verir ki, adının açıqlanmasını istəməyən yüksək rütbəli ABŞ rəsmisi Vyana danışıqlarında irəliləyiş əldə olunduğunu bildirib.
Reuters agentliyi ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisinə istinadən bildirib ki, müzakirəçilər keçən həftə 2015-ci il İran nüvə sazişinin bərpasında əhəmiyyətli irəliləyiş əldə ediblər, lakin bu məsələlər çox çətin olaraq qalır.
ABŞ rəsmisi bildirib ki, o, əsas iranlı müzakirəçilərin yaxın günlərdə danışıqların getdiyi Vyanaya “müsbət bir baxışla” qayıdacağına ümid edir. Amma belə olsa belə, hələ də masada çətin məsələlər vardır.
Adının açıqlanmasını istəməyən məmur jurnalistlərə deyib: “Son bir-iki həftə ərzində əhəmiyyətli irəliləyiş var. Lakin eyni zamanda qeyd etmək lazımdır ki, çox ciddi məsələlər qalmaqdadır.”
ABŞ rəsmisi bildirib ki, razılaşma əldə olunarsa, bir çox cəhətdən İranın uranın zənginləşdirilməsi səviyyələri, malik ola biləcəyi zənginləşdirilmiş uran ehtiyatları və işlədə biləcəyi sentrifuqaların sayı ilə bağlı ilkin razılaşmanın şərtləri qorunub saxlanılacaqdır.