QafqazTimes xəbər verir ki, Suriya Müdafiə Nazirliyindəki hərbi mənbə İsrail rejiminin Suriyanın cənubuna raket hücumu barədə məlumat verib.
Əl-Əxbariyyə və Suriyanın Səna xəbər agentliyi çərşənbə günü səhər bu mənbəyə istinadən bildiriblər ki, İsrail rejimi çərşənbə günü səhər saat 12:30-da Əl-Quneytərə vilayətinin bəzi məntəqələrinə (Suriyanın cənubunda) bir neçə raketlər atıb.
Mənbənin sözlərinə görə, hücum Suriyanın işğal altında olan Qolan təpələrindən həyata keçirilib və bəzi ərazilərə ziyan dəyib, hücum nəticəsində itki yoxdur.
Bu, son aylarda ikinci dəfədir ki, İsrail ordusu işğal etdiyi Qolan təpəliklərindən Suriyanın cənubuna raket zərbələri endirir.
İsrail rejimi sonuncu dəfə döyüş təyyarələri ilə Suriyanın cənubuna bir neçə raket atdığı zaman Suriya ordusu müdafiə xarakterli raketlərlə cavab vermiş və onlardan bir neçəsini səmada məhv etmişdir. Bu raketlərin biri işğal altındakı Fələstinin şimalına düşmüşdür. Bunun ardınca İsrail rejimi Suriyanın işğal olunmuş Qolan bölgəsindən bu ölkənin cənubuna bir neçə raket atmışdır.