Gecə saatlarında İrəvanda, Azərbaycan Milli Məclisinin üzvlərinin səfərinə etiraz olaraq daha bir aksiya keçirilib.
Bildirilir ki, Daşnaksütyun partiyasının onlarla üzvü deputatlarımızın qaldığı “Mariott Armeniya” otelinin qarşısına toplaşıb radikal şüarlar səsləndiriblər. Onlar həmçinin gündüz saatlarında AVRONEST iclasının keçirildiyi idman-konsert kompleksinin qarşısında həbs olunanlara azadlıq tələb ediblər. Daşbaksütyun partiyası bəyan edib ki, onlarla gənc üzvlər dəmir barmaqlıqlar arasındadır.
Bundan əlavə, “Ermənistan” deputat blokunun üzvü Kristina Vardanyan da polis zorakılığına etirazını bildirib və daşnakların müdafiəsinə qalxıb. Həbs olunanlar arasında “Yerkir Media” telekanalının jurnalisti Ani Haapetyan da var.
Otel qarşısında radikal mövqe sərgiləyənlərin qarşısı polis tərəfindən alınıb və aksiya dağıdılıb.
Vəziyyətlə bağlı bu anlarda İrəvanda, “Mariatt Armeniya” otelində qalan deputat Tahir Mirkişili deyib ki, aksiyaya cəhd edilib, hazırda isə sakitlikdir. “Təhlükəsizlik tədbirləri yaxşı səviyyədədir”.