QafqazTimez.com mobilenotes-ə xəbər verir: Yeni iPhone modeli payızda istehsal edilməlidir. Taiwan Economic Daily xəbər verir ki, hazırda prob-test nüsxələrinin istehsalı gedir. Luxshare Precision hələ ki yeni sifariş almadığını bildirib. Bu il kompaniyanın ikinci istehsalçı olacağı gözlənilir. Hələ ki əsas istehsalçı Foxconn kompaniyasıdır.
Hansı versiyalar nəzərdə tutulur:
6.1’’ – iPhone (baza versiyası);
6.7’’ – iPhone Max;
6.1’’ – iPhone Pro;
6.7’’ – iPhone Pro Max.
iPhone 13 öz fanatlarını sevindirə bilmədi – əvvəlki versiyalardan bir o qədər də fərqlənmirdi. iPhone 14-ün sürpriz olacağı deyilir. Əvvəla ekranın yuxarı hissəsindəki “qaş”-yarıqdan imtina edilir – əksər həvəskarlar bu yarıqdan narazı idi. Frontal kamera gözlüyü sensor blokundan sağda yox, solda yerləşəcək. Baza modelinin korpusu aviasiya alüminiumundandır. Pro versiyası cərrahiyyə poladından hazırlanır.