QafqazTimes xəbər verir ki, ötən həftə sionist mühacirlərin və sionist ordusunun Qüdsun “Şeyx Cərrah” məhəlləsindəki mütəşəkkil addımları bu qəsəbənin ümumi vəziyyətini gərginləşdirib. Belə ki, Knessetin fələstinli nümayəndələri də Qüdsə dəstək məqsədilə “Şeyx Cərrah” probleminə müdaxilə etmiş və İordan çayının qərb sahilinin digər bölgələri də Qüdsə dəstək olaraq fələstinlilərlə sionist işğalçılar arasında toqquşmalara şahidlik etmişlər.
Fələstin müqaviməti isə sionistlərə xəbərdarlıq mesajları göndərib. Əldə olunan məlumatlar onu göstərir ki, müqavimət Qüds əhalisinə dəstək verməyə hazırlaşır, sionistlər Qəzzada Fələstin müqaviməti ilə sionist rejim arasında yeni bir qarşıdurmanın başlamaması üçün əllərindən gələni etməyə çalışırlar.
Sionist KİV-in məlumatına görə, sionist rejim ordusunun İordan çayının qərb sahili və Qəzza zolağındakı koordinatoru Qəsan İlyan Qəzzə zolağına əsas malların idxalını və Qəzza zolağı məhsullarının regiondan ixracatını artırmaqla yanaşı günəmuzd işçilərə iş icazələrini də çoxaldıb. Sionist media analitikləri hesab edirlər ki, bu tədbirlər Qəzza zolağında yeni müharibənin qarşısını almaq üçün həyata keçirilir.
