QafqazTimes xəbər verir ki, sionist mənbələrin məlumatına görə İsrail prezidenti İshaq Hersoqun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən əvvəl Türkiyə xarici işlər nazirinin müavini Sadat Unal və Ərdoğanın sözçüsü İbrahim Kalının başçılıq etdiyi yüksək səviyyəli Türkiyə nümayəndə heyəti bu həftə işğal olunmuş Fələstinə səfər edəcəkdir.
Sionist “The Jerusalem Post” qəzeti yazıb ki, Türkiyə nümayəndə heyətinin İsrail xarici işlər naziri Alon Oşbis və İsrail Xarici İşlər Nazirliyinin bir sıra digər rəsmiləri ilə görüşləri nəzərdə tutulur.
Ötən ilin dekabrında Türkiyəyə səfəri zamanı Oşbis İsrail prezidenti İshaq Hersoqun Türkiyəyə səfəri və Ankara ilə Təl-Əviv arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı tədbirləri nəzərdən keçirib.
Sputnik xəbər agentliyinin məlumatına görə, İsrailin baş naziri Naftali Bennet bundan əvvəl İsrailin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüslərinə ehtiyatla yanaşdığını bildirib. O, həmçinin deyib ki, hər şey tədricən irəli gedir. Hersoq tezliklə Türkiyəyə səfər edəcək və bu, iki tərəf arasında on ildən artıq davam edən gərginlikdən sonra sionist rejimin bu ölkəyə ilk səfəri olacaqdır.